Azərbaycan prezidenti İlham Əliyev Türkiyə cümhuriyyəti vətəndaşları üçün viza rejiminin tamamilə aradan qaldırılması üçün ilk addımların atıldığını qeyd edib. SİA-nın məlumatına görə, bunu prezident İlham Əliyev ötən gün Qəbələdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında söyləyib.
Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələr yüksələn templə inkişaf edir: "Viza mövzusu bu gün müzakirə edildi və bu məsələnin mərhələli şəkildə həll olması qərarı alındı. Bu addımın atılması ilə sənətçilər, iş adamları, elm adamları, tanınmış şəxslərin gəliş-gedişi daha da asanlaşa bilər. Amma bizim müəyyən proseduralarımız hələ tamamlanmalıdır. Onlar tamamlandıqdan sonra bütün türk vətəndaşları vizasız Azərbaycana gələ bilərlər. Qeyd etmək istərdim ki, Azərbaycanın heç bir ölkə ilə vizasız ölkəyə daxil olması üçün razılaşma mövcud deyil. Türkiyə tərəfi, bu məsələ ətrafında Azərbaycan tərəfinin atdığı addımı anlayışla qarşılayır. Ortaq səylə bu mövzunun həlli üçün addımlar atılacaq''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB