Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyanın lideri Bəşər Əsədin "uduzsam, gedərəm" kimi çıxışına münasibət bildirib. SİA-nın məlumatına görə, baş nazir məsələ ilə bağlı fikirlərini Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra Azərbaycan prezidenti İlham Əliyevlə birgə iştirak etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, Suriyada baş tutacaq prezident seçkilərinin keçirilməsi inandırıcı deyil: "Belə olduğu təqdirdə seçkilərin nəticəsi də məlumdur. Suriyada hazırda daxili savaş əhval- ruhiyyəsi var. Belə bir vəziyyətdə keçiriləcək seçkilərin nəticəsi də bəllidir. Bundan əvvəl də ortaya seçki qutusu gətirilib. Suriya xalqının böyük əksəriyyəti isə seçkilərdə iştirak etmədi. Bünövrəsi güclü olmayan hakimiyyət üçün yenidən seçkilərin keçirilməsinin əhəmiyyəti yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB