Abdullah Gül PKK-nın üzvləri ilə qucaqlaşaraq şəkillər çəkdirən Sülh və Demokratiya Partiyasının (BDP) millət vəkilinə qarşı sərt reaksiya göstərib.
Prezident Gül AK parti, CHP və MHP millət vəkilləri ilə birgə Qaziantepdə baş verən terror hücumunda həlak olmuş şəhidlərin dəfn mərasimində iştirak edib ordan Bişkekdə keçiriləcək sammitə getməli idi. Məlum olub ki, PKK-nın üzvləri ilə qucaqlaşaraq şəkillər çəkdirən Hakkari millət vəkili Adil Kurtun adı prezidentin təlimatına uyğun olaraq Qırğızıstan ziyarətinə qatılacaq heyətin siyahısından çıxarılıb.
Məlumata görə, Abdullah Gül Kurtun bu hərəkətinə əsəbləşərək onu təyyarədə görmək istəmədiyini söyləyib.
Adil Kurt isə bildirib ki, bu məsələ ilə bağlı prezidentin açıqlamasını gözləyir: "Mənə səyahətdən əvvəl zəng edərək adımın siyahıdan çıxarıldığını dedilər. Amma bu səfərə niyə qatılmadığımı özüm də bilirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB