Ermənsitan məhvini asanlaşdırır

Ermənsitan məhvini asanlaşdırır

Dağlıq Qarabağın tanınması barədə qanun layihəsi Ermənistan parlamentinə çıxarılıb. Layihəni hazırlayan İrs partiyası prezident Serj Sarkisyana bağlıdır. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev Ermənistanın DQ-ı tanıya biləcəyi haqda məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, bununla belə Çiçəklənən Ermənistan partiyası da onu dəstəkləyir: "Burada əsas cəhdlə Ermənistan parlamentinin müavini bu işlərə rəhbərlik edir. Həm də Ermənistan dövlət səviyyəsində terrorla məşğul olduğuna görə, bu yolla istəyir ki, nəyisə tənzimləsin. Hətta Ermənistanın keçmiş prezidenti Robert Koçaryan özü çox səfeh bir bəyanat verib ki, Macarıstan dövləti öz səhvini ancaq və ancaq Dağlıq Qarabağı (DQ) tanımaqla düzəldə bilər. Bunların hər biri indiki şəraitdə o anlama gəlir ki, Azərbaycanda bu cür təxribatların sayı çox olacaq. Ermənsitan DQ-ı tanıya bilməz. Əgər tanısa bu həmin dövlətin məhvinə gəirib çıxara bilər. Hesab edirəm ki, bu onlarda alınmayacaq. Bu dövlət gərək onda Ermənistan konstitusiyasını dəyişsin. Çünki bunlar həmin konstitusiyada DQ-ı öz əraziləri elan ediblər".

Politoloq hesab edir ki, digər bir tərəfdən danışıqların hələlik getmədiyi bir məqamda Ermənistanın bu addımı atması heç də Ramil Səfərovun əfv olunmasına adekvat bir addım deyil: "Bu düşünülməmiş həm də siyasi cəhətdən kortəbii bir addım olardı. İnanmıram ki, Ermənistan parlamenti bunu qəbul etsə belə prezident bunu qəbul etsin. Amma bütün hallarda buna hazır olmalıyıq. Bunun tanınmağı elə bir ciddi, hüquqi president yaratmır".

Qeyd edək ki, Dağlıq Qarabağın tanınması barədə qanun layihəsi Ermənistan parlamentinə çıxarılıb. Ötən gün Ermənistan parlamentinin "İrs" fraksiyasından deputat Zarui Postancyan "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsini baxılmaq üçün deputatlara təqdim edib. Qanun layihəsi iki hissədən ibarətdir: Maddə 1. Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyır. Maddə 2. Bu qanun rəsmi təqdimatın 10-cu günündə qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə