Macarıstanda həbsxanada olduğu 8 il müddətində zabit Ramil Səfərovun macar dilini öyrənməsi və macar ədəbiyyatının bir sıra incilərini, o cümlədən "Pal küçəsinin oğlanları" əsərini ana dilinə çevirərək nəşr etməsi onun kifayət qədər intellektual, yüksək mədəni səviyyəyə malik insan olduğunu göstərib. Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı deyib. O bildirib ki, bu da öz növbəsində ermənilərin onun ətrafında yaratmaq istədikləri vəhşi obrazını darmadağın edən növbəti sübutdur.
Onun sözlərinə görə, bu gün hadisəyə erməni tərəfinin verdiyi isterik reaksiya, Ermənistan prezidentinin Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırması bir daha onu sübut edir ki, Ramil Səfərovun Azərbaycana geri verilməsi ölkəmizin parlaq diplomatik qələbəsi və prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdəki çevikliyin, dinamikanın və düşünülmüş strategiyanın məntiqi yekunudur.
"Hər birimizi təbrik edirəm, həqiqətən qürurverici və sevinci uzun müddət qəlbləri fərəhləndirə bilən hadisədir. İndi də ermənilər iddia edir ki, "biz öncədən Ramilin Azərbaycana veriləcəyindən xəbərimiz var idi. Onda lap pis. Belə çıxır ki, bildiyiniz halda haqqında çox danışdığınız dünya ermənilərini bir yerə yığıb, heç bir şey edə bilmədiniz. Hansı ki, Azərbaycan tərəfinin gücünü və Macar tərəfinin iradəsini bir daha təsdiq edir! Türklərdə isə belə bir misal var: "Konuştukça batıyorsunuz". Ermənilərin də indiki vəziyyəti belədir. Yaxşısı budur ki, onlar heçnə danışmasınlar", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB