Baqratyan: "Ermənistana təzyiqlər artacaq"

Baqratyan: "Ermənistana təzyiqlər artacaq"

Ramil Səfərov Macarıstana qaytarılmayana qədər Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirakdan imtina etməlidir. Bunu bu gün Ermənistan parlamentində Milli Konqres fraksiyasının üzvü Qrant Baqratyan erməni qəzetlərinə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, Macarıstanla diplomatik əlaqələrin kəsilməsi Ermənistan hakimiyyətinin səhvi, düşünülməmiş addımı idi: "Diplomatik münasibətlərin kəsilməsi rəsmi Yerevanın mənəvi təskinliyindən, mifik qələbəsindən başqa bir şey deyil".

Onun sözlərinə görə, Macarıstanla diplomatik əlaqələrin kəsilməsi əksinə Ermənistana təzyiqləri artıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə