"Bu gün axşama qədər erməniləri bir neçə belə sürpriz gözləyir"
Azərbaycanın hakker qrupu Ermənistan prezidentinin rəsmi saytını dağıdıblar. Erməni hakerlərinin kibver-hücumlarına cavab olaraq "Azerbaijan Defacers" qrupu prezidentin saytı ilə yanaşı, armenpress.am və armtoday.info xəbər saytlarını da dağıdıblar.
Hər üç saytın serverləri tamamilə sıradan çıxıb. Hakerlər bildiriblər ki, bu gün axşama qədər erməniləri bir neçə belə sürpriz gözləyir: "Müharibə istəyirlərsə, onu əldə edəcəklər".
Qeyd edək ki, erməni hakerlər də şənbə günü Azərbaycanın bir sıra məşhur xəbər saytlarına hücum ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB