"Zabitimizin Macarıstanda qalması da təhlükə idi"

Fazil Mustafa: “Cənab prezident Ramil Səfərovu əfv etməklə doğru addım atıb”
"Zabitimizin Macarıstanda qalması da təhlükə idi"

Ramil Səfərovun əfv olunması Prezident İlham Əliyevin səlahiyyətləri çərçivəsində həllini tapan məsələdir. Bu addım hüquqi cəhətdən atılıb. Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova və digərləri Ramil Səfərovun qayıtmasını, əfv olunmasını öz prizmasından şərh etməyə çalışırlar: "Demokratik cəmiyyətdə kimsə bunu qəbul edə bilər, digəri isə yox. Mən buna xüsusi şərh etmək istəməzdim. Cənab prezident R.Səfərovu əfv etməklə doğru addım atıb. Müxalifət tərəfindən müxtəlif iddialar, təpkilər sözsüz ki, olacaq. Əlbəttə ki, bunu da əsaslandırmaq lazımdır".

F.Mustafanın fikrincə, R.Səfərovun əfvi Azərbaycanla digər dövlətlər arasında problemlərə yol açmayacaq: "Misal olaraq buna ABŞ-ı göstərə bilərik. Belə ki, ABŞ-ın özü terrorçuları bağışlayır, əfv edir və cəmiyyətə qaytarır. Düşünürəm Macarıstanın Azərbaycana nota verməsi məsələsi də vəziyyətdən çıxış yoluna hesablanıb. Adı çəkilən dövlət də anlayır ki, onun başqa bir yolu yoxdur. Eləcə də Macarıstanda Ramil Səfərovun qalması da həmin dövlət üçün bir təhlükə idi".

Bütün xəbərlər Facebook səhifəmizdə