Ötən gün "Novosti-Armenia" Agentliyində Ermənistanın Macarıstanla bütün diplomatik və rəsmi əlaqələrinin kəsilməsi haqqında xəbər yayıldı. Qısa zaman çərçivəsində bu xəbər dünyanın bir sıra aparıcı xəbər agentliklərinin rəsmi internet səhifələrində oxuculara təqdim olundu. SİA xarici mətbuata əsaslanaraq, həmin xəbərlərin qısa xülasəsini sizlərə təqdim edir.
"The Washington Post": "Macarıstanda ömürlük həbsə təhkim olunmuş azərbaycanlı hərbçi vətənində azadlığa buraxıldı"
"Bu məsələdən qayğılanaraq Ermənistan prezidenti Serj Sarkisyan, dövləti ilə Macarıstan arasında bütün diplomatik əlaqələrin kəsildiyini bildirdi. Eyni zamanda, Macarıstanın MTI xəbər agentliyi məlumat verib ki, Ermənistanın paytaxtı İrəvanda yerləşən Macar konsulluğunun önündə protestlər keçirilir və aksiyada iştirak edənlər konsulluğun binasına pomidor ataraq Macar bayrağını tanınmaz vəziyyətə salıblar."
"The Washington Post"-da yayımlanan məqaləyə əsasən Səfərovun azad olunması Ağ Evdə narahatçılıqla qarşılanıb. Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tommy Vietorun söylədiyinə görə, ABŞ prezidenti Barack Obama Azərbaycan dövlət başçısı İlham Əliyevin Ramil Səfərovu azad etməsi məsələsi ilə bağlı ciddi narahatdır.
BBC news: "Azərbaycanlı məhbusun azad olunması səbəbindən Ermənistan Macarıstanla rəsmi əlaqələrini kəsdi"
Qeyd edək ki, BBC-nin mövqeyi belə idi: "Rəsmi Bakı məhkumun cəzasının sonadək çəkilməsinə israr etdiyinə baxmayaraq, cümə günü Səfərov Bakıya geri döndü və əfv olundu"
The New York Times: "Diplomatik münaqişə Ermənistanla Macarıstanın gələcək münasibətlərini sual altına saldı".
"Ermənistan Macarıstanla diplomatik münasibətlərini kəsdiyini bəyan etdi. Buna səbəb isə Macarıstanda ermənistanlı hərbçini qətlə yetirən azərbaycanlı əsgərin vətənə qaytarılması məsələsi oldu. Münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamından sonra daha da gərginləşdi ".
Reuters:"Ermənistan Macarıstanla əlaqələrini kəsdiyini elan etdi". "Macarıstanın rəsmi dairələri anlamalıdır ki, onlar böyük bir səhv etdilər. Onlar de-fakto olaraq Azərbaycan tərəfi ilə müqavilə imzaladılar". Bunu erməni prezident Serj Sarkisyan rəsmi internet səhifəsində bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB