Ermənistan Macarıstanla bütün diplomatik əlaqələrini dayandırıb. "Novosti-Armeniya" agentliyinin verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə birgə keçirilən fövqəladə iclasda bildirib ki, Macarıstanla bütün diplomatik münasibətlər və rəsmi əlaqələr bu gündən etibarən dayandırılır.
Bu arada, Ermənistan parlamentinin spikeri Ovik Abramyan Macarıstana edəcəyi rəsmi səfəri qeyri-müəyyən müddətə təxirə salıb. "Armtoday"ın məlumatına görə, səfər Macarıstan parlamenti sədrinin dəvəti ilə sentyabrın sonlarında həyata keçirilməli idi.
Ermənistan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək barədə qərarı ilə bağlı Ovik Abramyanın bu ölkəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB