"Ramil Səfərov bu gün Vətənə qayıdıb. Mən ilk növbədə Prezidentimizi, xalqımızı, sonra isə Ramilin ailəsini təbrik edirəm. Ümid edirəm ki, bundan sonrakı dövrdə zabitimiz öz xidməti vəzifəsini yerinə yetirməkdə davam edəcək". Bunu SİA-ya açıqlamasında "Yaşıl çay" jurnalının baş redaktoru Bəxtiyar Hüseynov açıqlamasında bildirib.
Nüfuzlu nəşrin baş redaktoru qeyd edib ki, Ramil haqqında verilmiş ədalətsiz qərara etiraz edənlər çox idi: "Ramil Səfərovun azad olunması, öz evinə, ailəsinə qovuşması çox əhəmiyyətli hadisədir. Bu, insanlarımızda vətənpərvərlik ruhunun oyanmasına gətirib çıxaracaq. Ramil onun xalqına bu cür zülm edən, Xocalı faciəsini törədən adamla yanaşı qalmağa dözə bilmədi. O, cinayətkar deyil. Sadəcə, Azərbaycan bayrağının təhqir edilməsinə dözə bilmədi".
B.Hüseynov bildirib ki, bu saatlarda Lənkəran rayonunun bütün qəsəbə və kəndlərində bayram əhval-ruhiyyəsi yaşanır. İnsanlar öz əsgərini yad əllərdə qoymayan Ali Baş Komandanın cəsarətli addımını alqışlayırlar. İnanırlar ki, prezidentimizin rəhbərliyi altında başlanacaq Qarabağın işğaldan azad olunma əməliyyatından sonra xalqımız qələbə bayramını Şuşada, Xankəndində qeyd edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB