"Bu bizim diplomatiyamızın qələbəsidir. Bütün xalqımızı təbrik edirəm". Bu sözləri Cənub regionunda dərc edilən "Yaşıl çay" jurnalının təsisçisi, iş adamı Araz Yağubov deyib.
Onun sözlərinə görə, Ramil Səfərova verilən cəza ədalətli deyildi. Ermənilərin bizə münasibəti, təhdidləri, beynəlxalq tədbirlərdə qıcıqlandırıcı hərəkətləri özünü Qurqen Markaryanın timsalında da göstərmişdi. Erməni etdiyi təhqiramiz hərəkətə görə cəzalanmalı idi. Macarıstan məhkəməsi bütün bunları, erməni zabitinin təhrikedici əməllərini məhkəmədə nəzərə almalı idi.
"Haqq nazilər, amma üzülməz", deyiblər. Uzun hüquqi proseslərdən sonra zabitimizin Azərbaycana gətirilməsi və hörmətli prezidentimizin imzaladığı əfv fərmanı ilə Ramil Səfərovun məhbəsdən azad edilməsi dostlarımızı sevindirdi, düşmənlərimizi yasa batırdı. Dövlətimizin başçısı İlham Əliyev hər bir azərbaycanlının prezidenti olduğunu bir daha təsdiq etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB