Ümumiyyətlə, mən hər zaman Pənah Hüseyni "provaktor" kimi tanımışam və bu onun birinci belə çıxışı deyil. Hesab edirəm ki, ölkəsində qanunsuz yolla hakimiyyət dəyişikliyi etmək, arzu etdiyi niyyəti həyata keçirmək üçün xarici qüvvələrdən dəstək almaq milli satqınlığın bir göstəricisidir. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev Pənah Hüseynin "xaosa hazır olmalıyıq" fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın dağıdıcı müxalifətinin, eləcə də Pənah Hüseynin daxil olduğu qanad 20-ildən çoxdur ki, milli satqınlığa bariz nümunə olan addımlar atır. 1990-cı illərin əvvələrində buna müəyyən mənada nail olublar: "Bu niyyətində Azərbaycan xalqı acı məhsulunu daddı. Bu hətta 1993-cü ilin iyununda vətandaş müharibəsinə və dövlətin dağılması səviyyəsinə gəlib çatdı. Pənah Hüseyn və onun kimi düşünənlər ağıllarını 1990-cı illərin əvvəllərinə verməsinlər. İndi Azərbaycan dövləti çox möhkəmdir, sarsılmazdır. Azərbaycan hüquqi, demokratik dövlətdir, qanunlar işləyir və Azərbaycanda bütün proseslər o cümlədən ictimai, sosial prosseslər qanunlarla işləyir".
M.Quliyevin fikrincə, müaxalifətin son dərəcə fəallaşmasına başlıca səbəb 2013-cü ilin prezident seçkiləridir: "Bu seçkilər tam qanuni, demokratik-aşkarlıq şəraitində keçiriləcək. Azərbaycan xalqı öz güvəndiyi namizədinə səs verəcək. Yəni bunların kobud şəkildə desək, atılıb düşmələrinə hec bir əsas yoxdur. El arasında hətta belə bir misal var ki, meymun nə qədər yuxarı qalxırsa öz eybəcər yerini daha da çox göstərir. Bunlar, ümumiyyətlə, nə cəmiyyəti, nə iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasını (YAP) maraqlandıran, düşündürən, təccübləndirən məsələ deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB