Bu gün "Səs" qəzetinin redaksiyasında Dağlıq Qarabağ münaqişəsini yaranma səbəbləri və Ermənistanın işğalçılıq siyasəti mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada iştirak edən Dağlıq Qarabağ azərbaycanlı icmasının həmsədri, millət vəkili Elman Məmmədov Dağlıq Qarabağ probleminin həlli mövzusunda keçirilərən görüşlərdə qəbul olunan bir çox qətnamələr, bəyannamələr kimi Soçi görüşündə də qəbul olunan sənədin icra olunmamasının təəccüblü olmadığını söyləyib.
"Bu bəyannamələrin icra olunmamasının səbəbləri isə Ermənistan və onu idarə edən böyük güclərdir. Bu gün Ermənistanda hakimiyyətdə olan klan, siyasi qüvvələr Dağlıq Qarabağ kartı ilə siyasi arenaya gələn, hakimiyyəti zəbt edən cani və terorçudur. Nə qədər ki, bu komanda siyasi hakimiyyətdə olacaq təbii ki Dağlıq Qarabağ məsələsinin həllində heç bir irəliləyiş olmayacaq. Çünki münaqişənin həlli olunması bu terorçu dəstənin həm siyasi, həm də ümumilikdə həyatlarının sonu olar", - deyə o əlavə edib.
Millət vəkili ATƏT-in Minsk qrupunun pərdəarxası vəzifəsinin Dağlıq Qarabağ probleminin həllini ləngitmək və həll olunmasına imkan verməmək olduğunu bildirib: "Bununla həmsədr ölkələr Azərbaycanın iradəsini tarıma çəkmək, ölkəmizi nələrəsə təhrik etmək istəyirlər. Çünki onların Azərbaycana və Ermənistana olan münasibətləri hər kəsə məlumdur və bu münasibət 20 il ərzində də sübut olunub. ATƏT-in Minsk qrupu formatında gedən danışıqlarda qüvvələr nisbəti dördün birədir: bir Azərbaycan, dörd isə Ermənistan və üç həmsədr ölkələrdir".
Elman Məmmədov qeyd edib ki, münaqişənin həll olunması üçün beynəlxalq təşkilatlar səylərini artırmalıdır. Əks təqdirdə münaqişə hərb yolu ilə həll oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB