Əli-İsa münasibəti "qırmızı xətt"i keçdi QALMAQAL

Niyaməddin Orduxanlı: “İ.Qəmbər Ə.Kərimliyə nifrət edəcəyi qədər kimsəyə nifrət etmir”
Əli-İsa münasibəti "qırmızı xətt"i keçdi QALMAQAL

Əli Kərimli Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsini də özünün "vahid namizəd" olmaq imkanlarına səfərbər etmişdi. Bunu SİA-ya açıqlamasında BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Orduxanlı bildirib ki, əslində bu prosesi başladan Əli Kərimli və onun dəstəsidir. Artıq Ə.Kərimli son aylarda mətbuat şəbəkəsini, onun imkanları daxilində olan sosial şəbəkələrdə qruplarda "müxalifətin vahid namizədi Əli Kərimli olmalıdır" tezisini inkişaf elətdirirdi. İsa Qəmbərin özü də bu prosesi yaxından izləyirdi. Bütün mətbuatda kampaniya aparırdılar ki, 2013-cü ildə ancaq Ə.Kərimli namizəd olmalıdır. "Azadlıq" qəzeti və onun jurnalistləri arasında da ancaq bu kampaniyanı qtəbliğ edirdilər. Hətta Ə.Kərimli bir az da qabağa gedərək açıqlama vermişdi ki, mən bu missiyanı üzərimə götürə bilərəm. Onlar bu prosesə hərəkat üzvlərini, tanınmış şəxsləri və ziyalıları da qoşmuşdular. Amma İ.Qəmbərov son çıxışı ilə onlara sərt şapalaq vurdu. Bununla da İ.Qəmbər öz mesajını onlara verdi.

BAXCP sədrinin müavini əlavə edib ki, "İctimai Palata"da Ə.Kərimli ilə İsa Qəmbərin müttəfiqliyi süni xarakter daşıyır. Əslində göstərmək istədikləri birlik görüntüsü uzun sürə bilməzdi.

N.Orduxanlı onu da qeyd edib ki, bunlar açıq şəkildə sosial şəbəklərdə bir-birlərini təhqir edir: "Deyərdim ki, İ.Qəmbər Ə.Kərimliyə nifrət edəcəyi qədər kimsəyə nifrət etmir. Və yaxud əksinə, Ə.Kərimlinin İ.Qəmbərə olan nifrəti. İ.Qəmbər gördü ki, onun başqa yolu yoxdur. Ona görə bu kampaniyanı darmadağın etdi. Onu da deyim ki, İ.Qəmbərin vahid namizəd olacağı belə şübhə altındadır. Çünki artıq indidən proselər başlayıb ki, İ.Qəmbərə qarşı münasibətlər daha da sərtləşdirilsin. Ötən gündən etibarən sosial şəbəkələrdə Ə.Kərimova yaxın saxta və açıq profillərlə İ.Qəmbərə yönəlik ittihamlar, hətta təhqirlər səsləndirilir. Artıq İ.Qəmbərə düşmən kimi baxırlar. İnanmıram ki, Ə.Kərimli İ.Qəmbərovu vahid namizəd kimi qəbul etsin".

N.Orduxanlı sonda bildirib ki, İ.Qəmbər 2013-cü il üçün güclü rəqib olmayacaq: "Ona görə ki, o bütün seçkilərdə məğlub olub. İ.Qəmbərov ölkə Prezidenti İlham Əliyevdən qat-qat zəifdir. Düşünürəm ki, 2013-cü ilin ən güclü və şanlı namizədi, xüsusilə favoriti indiki Prezident cənab İlham Əliyevdir.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə