İranda Qoşulmama Hərəkatı çərçivəsində nazirlər səviyyəsində toplantı işinə başlayıb. Misirin BMT-dəki səfiri Mutaz Xəlil rəsmi olaraq səlahiyyətləri İran nümayəndəsinə təhvil verib. İran Xarici İşlər naziri Əli Əkbər Salehi bildirib ki, növbəti 3 ildə İran Qoşulmama Hərəkatına rəhbərlik edəcək.
Qeyd edək ki, Tehranda keçirilən toplantıda 100-dən çox dövlətin xarici işlər naziri iştirak edir. Dövlət və hökumət başçılarının sammiti isə avqustun 30-31-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB