Müsahibimiz Demokratik Sol Partiyasının sədri Elşən Manafovdur
- Müxalifət düşərgəsində yeni bir qurumun-"16-lar"ın yaradılması düşərgə daxilindəki pərakəndəliyi, dağınığlığı aradan qaldıra bilərmi?
- "16-lar"ın ilk toplantısında Müsavat partiyası iştirak etməyib. AXCP təmsilçiləri də bəyan edilər ki, onlar "16-lar"ın siyasi mövqeyini dəstəkləməyir. Bu onun göstəricisidir ki, müxalifət seckilərə əvvəlki illərdə olduğu kimi bu dəfə də pərakəndə şəkildə qatılacaq. Sözügedən düşərgədə olan pərakəndəliyin əsas səbəbi müxalif siyasi partiya liderlərinin bir-birlərinə olan ambisiyaları, vahid ideoloji, siyasi platformaya malik olmamasıdır. Yəni, müxalif qüvvələr konyektur maraqları irəli sürür. Bir çox müxalif siyasi liderlərin verdiyi açıqlamalar və bəyanatlar göstərir ki, onlar iqtidarın sosial, siyasi, xarici siyasətinə qərəzli mövqe sərgiləyirlər. Halbuki, vəziyyətin reallıqlarından xəbərdardılar. Burada əsas məqsəddə elektaratı parçalamaq və seçkilərlə bağlı məsələlərdə öz konyektur maraqlarına işləmək istəyidir. "16-lar"ın özlərinin yarada biləcəkləri birlik də tam mənada müxalifətdə olan siyasi partiyaları təmsil etməyəcək. Güman edirəm ki, gələn il keçiriləcək prezident seçkilərinə qədər "16-lar"ın mütləq əksəriyyəti həmin qurumda qalmayacaqdır. Nəzərə alsaq ki, xaricdə mühacir həyatı yaşayan Acıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevində "İctimai Palata"ya ünvanlanmış ittihamları və tənqidləri getdikcə kəskinləşir. Bu isə hər iki qurum arasında münasibətləri kəsginləşdirəcək.
- Sizcə, "16-lar"larla "İctimai Palata" arasında münasibətlərin kəsginləşməsi kimin xeyrinə nəticələnəcəki?
- "16-lar"da təmsil olunan əksər siyasi partiyaların "İctimai Palata" ilə bir sıra məsələlərdə maraqları üst-üstə düşməyir. Hər iki qurumun iddiaları imkanlarından böyükdür. Əslində isə "İctimai Palata"nın yaradılmasının təşəbbüskarı Azərbaycan Milli İstiqilal Partiyası olmuşdur. Sonradan isə bu siyasi təşkilat özü "İctimai Palata"nın tərkibindən kənara çəkildi. Bır sıra partiyaların yeni bir qurumun yaradılmasına səy göstərmələri "İctimai Palata"da təmsil olunan partiyalar arasında ölkənin siyasi, iqtisadi və geosiyasi reallıqlara münasibətdə kifayət qədər fərqli mövqeləri və baxışları var. Bir sözlə, müxalifətin iqtidarla müqaisədə ölkənin sosial, iqtisadi və siyasi reallıqları ilə bağlı ortaya qoya biləcəyi elmi nəzəriyə və bazası yoxdur.
- Müxalifətin ayrı-ayrı bloklarının, qrumlarının yaradılması nəticə etibarı ilə düşərgə daxili qeyri-müəyyənliyin eləcə də gərginliyin və bütün bunların fonunda parçalanmaların daha da dərinləşməsinə gətirib çaxarmayacaq ki?
- Hakimiyyət müxalifətlə müqaisədə daha monolit bir komanda kimi fəaliyyət göstərir. Bu da ondan irəli gəlir ki, hakimiyyət bir seçki qurtardıqdan sonra, dərhal növbəti seçkiyə qədər hakimiyyətin və dövlətçiliyin ona vermiş olduğu imkanlardan istifadə edərək seçicilər qarşısında verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində əməli addımlar atır. Amma müxalifət qüvvələrinin mövqeyi təbii ki, bu mənada kifayət qədər fərqli və bir qədər də anlaşılmazdır. Düzdür müxalifət vədlər verir. Amma vədlərin yerinə yetirilməsi üçün hansı addımlar ata biləcəyini əsaslandırmır. Savadlı seçici gözəl başa düşür ki, müxalifətin seçkiqabağı vədləri populist vədlərdən və populist mövqelərdən başqa bir şey deyil. Müxalifət qüvvələri tərəfindən verilən vədlər bir çox hallarda ölkənin büdcə imkanlarına, təbii resurslarına geosiyasi güc mərkəzləri arasında məsələlərdə dövlətin monevr imkanlarını nəzərə almır. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən qüvvələr reallığı özündə əks etdirməyən məsələlərə toxunmaqla xarici qüvvələrin diqqətini özlərinə cəlb etməsindən irəli gəlir.
- Sizcə, ayrı-ayrı partiyaların müxtəlif qrumlarda birləşməsi onların "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlməsində ciddi problemlər yaratmayacaq ki?
- Pərakəndə şəkildə olan müxalifətin seçkilər ərəfəsində fəallaşması və vahid komanda şəkilində seçkilərə getmək istəyi onun maraqları, resursları baxımından anlaşılandır. Azərbaycan öznün dövlət müstəqilliyini bərpa etdikdən sonra, müxalifətin indiyə qədər həyata keçirdiyi siyasət bir daha onu göstətir ki, müxalifət həlledici məqamlarda ölkə iqtidarına və hakimiyyətinə hakim partiyadan fərqli olaraq vahid mövqe sərgiləyə bilmir. Bu da hər zaman müxalifətdə təmsil olunan siyasi qüvvələrin ölkədə keçirilən bütün seçkilərdə məğlub olmalarına səbəb olub. Bunun da əsas səbəbi sözügedən qüvvələrin doğru-düzgün siyasət aparmamaları ilə bağlıdır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB