Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Belarusa rəsmi səfərə gəlib. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim ediblər.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Hərbi orkestrin ifasında Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Bu gün "Zaslavl" iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB