Avqustun 28-29-da Azərbaycan prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdə olacaq. Bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb. Səfər zamanı Azərbaycan prezidenti belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
Qeyd edək ki, dövlət başçıları həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək danışıqlarda ticarət əlaqələrinin, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcəklər. Tərəflər beynəlxalq arenada çoxtərəfli birliklər çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə də toxunacaq. Danışıqların yekunları əsasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB