Şəhər qan gölünə çevrilib

Ötən gün Suriya ordusu paytaxt Dəməşqdə üsyançılar tərəfindən ələ keçirilmiş ətraf rayonlara yenidən hücuma keçib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Suriya İnsan Haqları Müşahidəçi Qrupunun yaydığı xəbərdə bildirilir ki, qarşıdurmalar zamanı azı 50 nəfər öldürülüb. Bu arada müxalifət fəlları paytaxt Dəməşqlə yanaşı, Dəraa və İdlib şəhərində qızğın döyüşlərin getdiyini xəbər veriblər.

Qeyd edək ki, müxalifətin iddialarına görə, artıq 18 aydır ki, davam edən döyüşlərdə 20 mindən çox insan öldürülüb. 200 mindən çox insanın isə qaçqın düşdüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə