Qazaxıstan prezidenti Azərbaycana gələcək

Qazaxıstan prezidenti Azərbaycana gələcək

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə diplomatik mənbələrdən məlum verilib.

Bildirilib ki, onun Bakıya oktyabrın ortalarında gəlməsi gözlənilir. Oktyabrda Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcək və N.Nazarbayev rəsmi səfər proqramı çərçivəsində sammitdə iştirakı ehtimal olunur.

Mənbənin məlumatına görə, ümumiyyətlə, N.Nazarbayevin Azərbaycana oktyabrda olmasa da, ilin sonunadək səfəri reallaşacaq. Səfər zamanı bir sıra görüşlər nəzərdə tutlub və yekun olaraq bir neçə sənədin imzalanması nəzərdə tutulub. İmzalanacaq sənədlər iki ölkəninin bu il sentyabrın 12-13-də Astanada keçiriləcək Hökumətlərarası birgə komissiyasının iclasında müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə