Ermənilər Türkiyə dövlətinə qarşı daha bir əsassız iddia ilə çıxış edir. Qondarma erməni "soyqırımı"ndan sonra erməni lobbisi Türkiyədən Osmanlı dövründə yaşayan ermənilərin mirasını onların vərəsələrinə verməyi tələb edib. Belə ki, erməni lobbisinin iddialarına görə, Türkiyə dövləti birinci Dünya müharibəsi zamanı Anadoludan köç etmiş ermənilərin 5 milyon Osmanlı lirəsi dəyərində miraslarının verilməsini istəyib.
Qeyd edək ki, ermənilərin istədikləri bu məbləğ Almaniyanın "Reyç" bankında birinci Dünya müharibəsində Türkiyəni məğlub edən ölkələr arasında müharibə təzminatı kimi bölüşdürülüb. Əsassız iddia ilə bağlı araşdırma aparan Türkiyədə fəaliyyət göstərən erməni araşdırmalar mərkəzinin elmi işçisi professor Kamal Çiçək bildirib ki, Osmanlı ərazisindən köçən ermənilərin əmlakı qızıla çevrilərək Almaniya bankında saxlanılıb. Daha sonra həmin məbləğ Böyük Britaniya və müttəfiq ölkələr tərəfindən müsadirə olunub.
Tarixi faktlara görə, Böyük Britaniya bu məbləğin müəyyən hissəsini Osmanlı imperiyası ərazisindən Kanadaya köçmüş ermənilərə verib. Bugünki dəyəri 1 milyard 300 milyon funt sterlinq olan pul Böyük Britaniyadadır, bu səbəbdən erməni lobbisi həmin məbləği ingilislərdən tələb etməlidir.
Qeyd edək ki, Türkiyə tərəfinin ortaya çıxardığı faktlar ABŞ arxivlərində də mövcuddur. Belə ki, Türkiyə ilə müttəfiq dövlətlər arasında imzalanan 1921-ci il sülh müqaviləsindən sonra ABŞ xarici işlər naziri Evan Hughes İstabuldakı səfiri Admiral Bristola ermənilərə məxsus 5 milyon lirənin aqibəti ilə bağlı araşdırma aparmaq tapşırığını verib. O zamana aid olan rəsmi yazışmalar da təsdiq edir ki, həmin məbləğ Böyük Britaniya hökuməti tərəfindən müsadirə olunub.
Bundan başqa, Böyük Britaniya donanmasının zabiti və "Ermənistanın Dostları" adlı dərnəyin üzvü Korbayın 1932-ci ildə həmin məbləğin Türkiyədən alınması məqsədi ilə araşdırma aparıb. Araşdırmanın nəticəsi olaraq məlum olub ki, 5 milyon lirə pul Osmanlıdan köçmüş ermənilərə paylanmaq adı ilə Böyük Britaniya tərəfindən müsadirə olunub. 1932-ci ildə erməni lobbisi adından həmin məbləği rəsmi Londondan tələb edən Korbayın ölkənin rəsmi dairlərindən rədd cavabı alıb. Korbayına verilən cavabda bildirilib ki, "Ermənilərin həmin puldan bir qəpik də alma haqqları yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB