"Almaniyada diaspor işimiz Azərbayacanı dünyaya tanıtmağa xidmət edir. Bundan başqa Azərbaycanın bugünki əsas problemlərindən olan Qarabağ problemini dünyaya tanıtmaqdan ibarətdir". Bunu SİA-ya açıqlamasında İdeal Sülhün Təbliği Fondunun Almaniya üzrə sədri Rasim Sadıqov deyib.
Qonağımız bildirib ki, bügunki gündə əsas məqsədi və amalı Xocalı faciəsini Almaniya parlamentində tanıtmaqdan ibarətdir: "Bu sahədə Azərbaycan siyasətçilərini, səfirliyin və diaspor üzvlərinin çox böyük fəaliyyəti var. Hətta Almaniyanın solçular partiyasının nümayəndələri bu təkliflə Almaniya parlamentinə çıxmağa hazırlaşırlar. İdeal Sülhün Təbliği Fondu çox böyük işin başındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB