Keçmiş prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev qardaşının vəfatının səbəbləri ilə bağlı məsələnin tam araşdırılmasını istədiyini deyib. SİA-nın əldə etdiyi məlumata görə, A.Əliyev bildirib ki, qardaşının zəhərlənməsinə inanmır, lakin prosesin sonda nə ilə nəticələnəcəyini bilmək istəyir: "Hələ ki, məni istintaqa çağırmayıblar. Lakin istintaq qrupunun üzvləri mənimlə danışıblar".
O, mərhum prezidentin ölüm səbəblərinin daha ciddi araşdırılmasını tələb edib: "Yaxşısı budur, məsələ məhkəmədə araşdırılsın. Əli Kərimli isə bu məsələ ilə bağlı mənimlə danışmayıb. Hərhalda avqustun 20-də Ə. Elçibəyin vəfatı günü ilə bağlı məzarı üzərində keçirilən tədbirdə Əli Kərimli ilə görüşəcəyik".
Məlumat üçün bildirək ki, "Yeni Müsavat" qəzetinin sabiq prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin başlanması haqqında xəbər yayıb. Qeyd olunub ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ə.Elçibəyi AXCP sədri Ə.Kərimlinin zəhərlədiyini iddia edir. Bu iddia əsasında Hafiz Hacıyevin müraciətilə Bakı Şəhər Prokurorluğunda istintaq gedir. İstintaq zamanı Əbülfəz Elçibəyə yaxın olan bir neçə şəxs artıq dindirilib. Xəbəri Bakı Şəhər Prokurorluğunda da təsdiq ediblər.
Xatırladaq ki, Ə.Elçibəy 2000-ci il avqustun 20-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB