ABŞ-ın yeni səfiri Riçard Morninqstarın Azərbaycanа gələcəyi vaxt məlum olub. SİA-nın xəbərinə görə, yeni səfir Azərbaycana avqustun 25-dən sonra gələcək. Bu barədə Azərbaycan-ABŞ Ticarət Palatasının (USACC) ofisində Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstarın şərəfinə həsr olunmuş mərasimdə qərara alınıb.
Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib. Morninqstarın bu posta namizədliyi aprel ayında ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi isə bu təklifi yekdilliklə bəyənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB