Barak Obama Prezident İlham Əliyevi təbrik edib

Barak Obama Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ramazan ailələrin və icmaların xoş niyyət, savab iş, nəcib əməllər ənənəsinin qeyd edildiyi bayramdır.

Bu müqəddəs bayramı qeyd etdiyiniz bir vaxtda Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzu və diləklərimi yetirirəm. Ümidvaram ki, müqəddəs Ramazan ayı bütün müsəlmanlara səxavət və mənəvi saflıq gətirəcəkdir.

Qoy qarşıdan gələn bayram Sizə və xalqınıza sülh, cansağlığı və rifah gətirsin. Ramazan bayramınız mübarək!".

Bütün xəbərlər Facebook səhifəmizdə