Mirkazım Seyidov: "Ali Baş Komandanın əmrinə müntəzirik"

Mirkazım Seyidov: "Ali Baş Komandanın əmrinə müntəzirik"

Suriyada məlum olaylar başladıqdan sonra gündəmi zəbt edən mövzulardan biri də bu ərəb ölkəsində yaşayan ermənilərin köç etməsi və onların bir qisminin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlıdır. Təbii ki, baş verənlər Dağlıq Qarabağın və işğal altındakı digər rayonların əzəli sahibi kimi Azərbaycanın ciddi narazılığı və narahatlığına səbəb olub. Demokratik Azərbaycan Dünyası Partiyasının sədr əvəzi Mirkazım Seyidov bu məsələ ilə bağlı SİA-ya münasibət bildirib.

Partiyanın sədr əvəzi bildirib ki, Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda, xüsusən ətraf rayonlarda yerləşdirilməsi bütün dünya azərbaycanlılarını o cümlədən, Azərbaycan dövlətinin özünü çox narahat edən bir problemdir. Onun fikirincə Azərbaycan Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi BMT-də bu məsələnin qaldırlımasına və buna siyasi qiymət verilməsinə nail olacaq. Bu problemi "Daşanaqsütun" Partiyasının siyasi oyunlarının gələcəkdə növbəti müharibə hazırlığının planı kimi də qiymətlındirmək olar: "Çalışmaq lazımdır ki, Azərbaycanda olan diplomatik korpusları bu məsələyə öz münasibətlərini bildirsin. Ermənilərin kütləvi surətdə ora köçürülməsi gələcəkdə yeni bir müharibə ocağının təməlini qoya bilər".

M.Seyidovun sözlərinə görə, bu, birmənalı şəkildə beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də ciddi ziyan vuran amildir: "Azərbaycan hakimiyyəti Suriyadan olan erməni mənşəli əhalinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərə köçürülməsini qətiyyətlə pisləyir. Ümumiyyətlə, biz Dağlıq Qarabağ və ətraf rayonlara Azərbaycan dövlətinin icazəsi olmayan bütün səfərləri pisləyirik və burada qanunsuz məskunlaşmanın əleyhinəyik. Azərbaycanın bu cür mövqeyi beynəlxalq hüquq norma və prinsiplərinə də tam uyğundur. Bu qeyri-qanuni məskunlaşmadır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi zaman həmin ermənilər orada yaşamaq hüququna malik olmayacaqlar və oradan çıxıb getməli olacaqlar".

Partiyanın sədr əvəzi sonda onu da əlavə edib ki, beynəlxalq təşkilatlar bu öndə olan məsələyə aydınlıq gətirməsə, bunun başqa şəkil almaması üçün, bütün dünya dövlətlərinə xəbərdarlıq etmək lazımdır: "Sabah biz torpaqlarımızı azad etmək iqtidarında olanda, artıq bizi terrorçu kimi dünyaya tanıtdırmasınlar. Biz terorrist deyilik və orda olan terrorçu qüvvələri gec-tez Azərbaycan torpağından qovulması üçün Ali Baş Komandanın əmrinə müntəzirik. Bu gün bütün dünya azərbaycanlıları məhz cənab prezident İlham Əliyevin bu mövqeyinin ətrafındadır və onun arxasındadır . Ona görə də, bunu dünya dövlətləri bir daha dərk etməlidir ki, ermənilərin Suriyadan bura köçürülməsinin qarşısını almağa səy göstərsinlər. Əks təqdirdə bunu dünya azərbaycanlıları özləri etməyə məcbur olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə