Sənədlər üzə çıxıb
Ukrayna Ermənistana silah satır?

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qmızanın prezident Viktor Yanukoviçə "Ukrspeseksport"la "DG Armes Co." LTD (Ermənistan Müdafiə Nazirliyinin vasitəçisi) arasında müqavilə çərçivəsində Ermənistana silah satışı ilə bağlı məktubunun təfərrüfatları məlum olub. SİA-nın trend-ə istinadən verdiyi məlumata görə, məktubda satışın həyata keçirilməsi üçün Avropa İttifaqı və MDB-də qeydiyyata alınmış saxta firmalardan istifadə olunması təklif edilir. Məktubda Ukraynadan Ermənistana "Smerç" yaylım atəşi sisteminin və 12 ədəd raketinin, həmçinin 50 "İqla" daşınan zenit raket kompleksinin satışının qanunsuz sxemi göstərilir.

Məktubda qeyd edildiyi kimi, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Ukrspeseksport"la "DG Armes Co." LTD arasında müqavilədən bu silahların alınması barədə məlumat əldə etməsi, habelə Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödəməsi qeyd edilir.

Həmçinin Qmıza Azərbaycanın bu müqavilədən xəbər tuta biləcəyi barədə qeyd edir. Belə ki, Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altına qoymamaq üçün "Ukrspeseksport"a "erməni tərəfi ilə sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək" təklif edilir. Bununla yanaşı, Ermənistan şirkətinə "öz ətrafında etibarsız təchizatçı" kimi "Ukrspeseksport" rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif edilib.

Məktubda "Smerç" komplekslərinin satışının "Aİ və ya MDB ərazisində qeydiyyatdan keçmiş saxta firmalardan istifadə etməklə" Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsi təklif olunur. Məlumatlar üzərində nişanlar bu zaman dəyişdirilməli idi. Yalanın üstü açılacağı halda isə "İqla" komplekslərinin Liviyadakı azadlıq hərəkatı döyüşçülərinin həmin ölkədə talan etdikləri anbarlardan çıxarılması ilə "əfsanələşdirilməsi" nəzərdə tutulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə