Son vaxtlar Ermənistan əhalisinin dünya dövlətlərinə kömək üçün müraciət etməsi və Sarkisyan zülünündən xilas olmaq arzusu gündəmdədir. Bu artıq işğalçı ölkənin bir dövlət olaraq çökməsi deyilmi? Bu məsələyə aydınlıq gətirmək üçün SİA-nın əməkdaşı politoloq Elşad Mirbəşiroğluna müraciət edib.
E.Mirbəşiroğlu bildirib ki, Ermənistan hakimiyyətinin yürütdüyü yarıtmaz və ağılsız siyasət işğalçı ölkənin bir dövlət olaraq mövcudluğunu ciddi sual altına qoyur: "Bu gün Ermənistanda mövcud olan sosial və iqtisadi gərginlik həmin ölkədəki siyasi vəziyyətin açınacaqlı xarakter almasına gətirib çıxarıb. Ermənistan əhalisi düşdükləri çətin vəziyyətdən xilas olmaq üçün kütləvi şəkildə ölkəni tərk etməkdədir. Bu da ondan xəbər verir ki, sadə erməni öz doğma torağında istədiyi kimi, rahat şəkildə yaşaya bilmir. Bunun da səbəbi işğalçı ölkənin qonşularına qarşı ərazi iddialarından qaynaqlanan və ölkəni dilənçi kökünə salan, bütün büdcəsini hərbi xərclərə yönəldən Sarkisyan hakimiyyətinin səriştəsizliyi, hərbi xunta yaratmasıdır. Bu bir daha sübut edir ki, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı bumeranq effekti xalqın başında çatlayır. Yəni, öz ərazisində yaşayan azsaylı əhalisini təmin edə bilməyən Ermənistan qonşu ölkəyə qarşı işğalçılıq siyasəti həyata keçirib. İndi zaman Azərbaycanın xeyirinə işləyir. Bütün dünya ictimaiyyəti görür ki, həqiqətən də Ermənistan işğalçı ölkədir. Bu ölkə təkcə qonşu dövlətlərə və xalqlara deyil, eyni zamanda öz əhalisinə qarşıda olduğca terrorçu mövqeyindən çıxış edən bir dövətdir. Ermənistan əhalisinin bu günkü vəziyyəti bir daha onu sübut edir ki, həqiqətən də Ermənistan iqtidarı öz xalqına qarşı terrorla məşğuldur".
Politoloğun sözlərinə görə, Ermənistanda yaşayan əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması və hüquqlarının təmin olunması istiqamətində Ermənistan iqtidarı müsbətə doğru nə isə etmək fikirində deyil. Demək olar ki, bunun üçün ölkənin heç bir resursu da yoxdur. Bir sözlə, Ermənistanda vəziyyətin normal hala gətirməyin yeganə yolu işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmasıdır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB