Sumqayıtda aksiya keçirilib

Bu gün səhər saatlarında AXCP Sumqayıt şəhər təşkilatının fəalları Sumqayıtda piket keçirməyə cəhd edib. SİA-nın məlumatına görə, təşkilatın rəhbəri Kəmaləddin Vilayətoğlu piket keçiriləcək yerə yaxınlaşan kimi polis və mülki geyimli şəxslər onu saxlayıb.

Aksiyanın bəyanatı əlindən alınıb. Özünü isə polis bölməsinə aparıblar. Daha iki şəxs – İlyas Məhərrəmov və Zahid Məmmədov da kluba yaxınlaşan zaman saxlanaraq bölməyə aparılıb. AXCP-nin piketi Nərimanov Mədəniyyət Klubunun önündə təyin olunub. Klubun ətrafında xeyli sayda polis var. AXCP Sumqayıt şəhər təşkilatının fəalları siyasi fəaliyyət üçün şəraitin olmamasına etiraz olaraq aksiya keçirmək istəyib. Şəhər administrasiyası müxalifətin piketinə icazə verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə