Fazil Mustafa: “AXCP Amerika səfirliyinin partiyasıdır”

Fazil Mustafa: “AXCP Amerika səfirliyinin partiyasıdır”

Eldar Namazovun dəstəsi kimi tanınan "Ziyalılar Forumu"na AXCP sədri Əli Kərimovun dəstək verməsi və onun maraqlarından çıxış etməsi antimilli şəbəkənin maraqları ilə üst-üstə düşür. Bunu SİA-ya açıqlamasında milət vəkili Fazil Mustafa deyib.

Millət vəkiliAXCP sədri Ə.Kərimovun bu əməlinə münasibət bildirərkən qeyd edib ki, ziyalılarla siyasi müxalifət arasında müəyyən məsafə olmalıdır: "Bu gün AXCP əgər o ziyalıları dəstəkləyirsə deməli bu ziyalılar fəaliyyətə başlamamış iflasa uğramış sayılırlar. AXCP artıq satqınlıq simvoluna çevrilib. Onun rəhbərliyi də bu işdə ad çıxarmış insandır. Ona görə də bu məsələdə ziyalılar ehtiyatlı olmalıdır ki, adları bu partiyada hallanmasın. Çünki cəmiyyətdə nüfuzlarını daha sürətlə itirə bilərlər".

Millət vəkili qeyd edib ki, AXCP Əbülfəz Elçibəy ideyalarına aidiyyəti olmayan bir qruplaşmadır. Bu da xarici səfirliklərin himayəsi altında fəaliyyətinin davam etdirir. Xalqın onlara ciddi bir dəstəyi də yoxdur. Tez-tez qeyd edirlər ki, Xalq Cəbhəsi Əbülfəz Elçibəyin yolu ilə onun xəttini, idealarını yürüdür. Amma bunlar inandırıcı deyil. Çünki AXCP-nin rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti Əbülfəz Elçibəyə qarşı ən səviyyəsiz formalarda elə hərəkətlər ediblər ki, bunun bəraəti yoxdur. Bu baxımdan da Əbülfəz Elçibəyə aidiyyatı olan AXCP artıq mövcud deyil. AXCP Amerika səfirliyinin partiyasıdır.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə