Cəbhədə atəşkəs yenidən pozuldu

Cəbhədə atəşkəs yenidən pozuldu

Ermənistan silahlı qüvvələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində, işğal olunmuş Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şurabad və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə