"1992-ci ildən yaradılmış ATƏT-in Minsk qurupu özünün fəaliyyəti ilə artıq etimadı, ona olan inamı itirib". Bu fikri Milli Məclis deputatı Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, Mink qrupu da abstrakt bir qurum deyil, o, ayrı-ayrı ölkələrdən ibarətdir. Onun sözlərinə görə, biz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini tənqid etməklə bərabər, onların fəaliyyətinin gücləndirilməsi üçün öz işimizi görməliyik.
"Biz mütləq həm ikitərəfli, həm də çoxtərəfli əsasda Minsk qrupu ilə və bütövlükdə Minsk konfransına daxil olan ölkələrlə iş aparmalıyıq, eyni zamanda, həmin ölkələrlə ikitərəfli münasibətləri də genişləndirməliyik. Amma bu sirr deyil ki, dünyada ikili standartlar var və bu ikili standartların da hesabına Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll olunmayıb. Münaqişənin həllində bütün hallarda danışıqlara, sülh variantına üstünlük vermək lazımdır və neçə illərdir Azərbaycan bunu edir. Yəni hələ ki, sülh imkanları tükənməyib və əvvəl-axır bu münaqişə sülh yolu ilə də həllini tapacaq", - deyə M.Qasımlı vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB