Politoloq: “İran Azərbaycana qarşı çox mənfi metodlardan istifadə edir” MÖVQE

Politoloq: “İran Azərbaycana qarşı çox mənfi metodlardan istifadə edir” MÖVQE

İranın hazırki vəziyyəti Azərbaycan üçün o qədər də yaxşı vədlər vermir. SİA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında politoloq, siyasi şərhçi Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, İran tərəfinin apardığı anti-Azərbaycan siyasəti İranın zəifləməsinə gətirib çıxarır: "İran İsrailin qonşuluğunda hərbi baza yaradıb. Belə olan təqdirdə adı çəkilən ölkə ehtiyyat edir ki, İsrail dövləti də Azərbaycanın qonşuluğunda İrana qarşı hərbi baza yaradacaq. Təbii ki, Azərbaycan buna razılıq verməyəcək, bu mümkün deyil. Azərbaycanın ərazisində başqa dövlətə məxsus heç bir hərbi baza ola bilməz. Bununla belə İran tərəfinin real düşmənlərini kənarda qoyub Azərbaycanla düşmənçilik etməyi öz maraqlarına ciddi zərbədir. İran Azərbaycana qarşı çox mənfi metodlardan istifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə