Mübariz Əhmədoğlu: “İslam qaydaları kobud şəkildə pozulub” MÜNASİBƏT
Suriyadakı hadisələr tək Suriya ilə kifayətlənmir, eləcə də dünyanın geo-siyasətində, islam ənənəçiliyində yeni bir neqativ yol açıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə politoloq, siyasi şərhçi Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, olimpiada oyunlarının keçirilməsinə baxmayaraq ilk dəfə atəşkəs rejiminin yaranması ilə bağlı heç bir çağırışlar olmayıb: "Ramazan ayının olmasına baxmayaraq Ərəb Liqası da tərəfləri müharibəni dayandırmağa çalışmadı. Bundan başqa Suriya hadisələrinə beynəlxalq ictimaiyyət gec reaksiya verib. Reaksiya ikibaşlı olub. Belə ki, terror hadisəsi var, lakin terror əhalini məhv edən insanlara qarşı yönəldilib. Bu Suriya prezidenti Bəşər Əsəd və onun tərəfdarlarıdır. Digər tərəfdən isə baş vermiş bütün hadisələr mövcud hakimiyyətə qarşı yönəlib".
Politoloqun fikrincə əvvəlcə vilayətlərdə başlayan hadisələr indi Dəməşqdə və Hələb şəhərində daha da genişlənib: "Başqa bir istiqamət odur ki, ərəb inqilablarının yeni bir modeli meydana çıxıb. Əgər daha öncə aktiv hissə xalq idisə, indi əksinə aktiv azlıq hökm sürür. Bəşər Əsəd xalqı idarə edə bilir, lakin Qərb öz məqsədinə çatmaqda qərarlıdır. Bununla da islam qaydaları kobud şəkildə pozulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB