XİN başçısı Perunun enerji və mədən naziri ilə görüşüb

XİN başçısı Perunun enerji və mədən naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin enerji və mədən naziri Jorge Merino ilə görüşüb. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə energetika sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, bu sahədə məlumat və mütəxəssislərin mübadiləsi təklifi ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Jorge Merinoya Azərbaycanın iştirakı ilə reallaşdırılan regional layihələr, o cümlədən BTC neft və BTƏ qaz kəməri barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə