Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Peruya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Rafael Roncagliolo ilə görüş keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, səfərdə R. Roncagliolo Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, həmçinin Azərbaycanı Qafqaz regionunun qapısı adlandıraraq ikitərəfli münasibətlərin genişləndirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının önəmini dilə gətirib.
Azərbaycan prezidenti İlham Əliyevin Peru prezidentinə ünvanladığı məktubu həmkarına təqdim edən nazir, məktubun dövlət başçısına çatdırılmasını xahiş edib. İki ölkə arasında siyasi səviyyədə əlaqələrin inkişaf etdirilməsinin iqtisadi sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradacağını qeyd edən E.Məmmədyarov bunun üçün qarşılıqlı rəsmi səfərlərin davamının, biznes forumların təşkilinin və mədəniyyət tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
E.Məmmədyarov həmkarına həmçinin Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar barəsində də danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB