Rusiya prezidenti Vladimir Putin avqustun 8-də erməni həmkarı Serj Sarkisyanla bir araya gələcək. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, Moskva şəhərində reallaşdırılacaq görüşdə ikitərəfli siyasi, humanitar və ticari-iqtisadi sahələrdə əməkdaşlıq məsələləri gündəmə gətiriləcək. Həmçinin hər iki tərəfin Avrasiya inteqrasiya prosesləri, MDB və KTMT, beynəlxalq və regional mövzular eləcə də Qafqazdakı vəziyyətə dair məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB