Azərbaycan Prezidenti yeni parkda görülən işlərlə tanış olub

Azərbaycan Prezidenti yeni parkda görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olub. SİA-nın verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda həyata keçirilən tikinti və yaşıllaşdırma işləri barədə dövlətimizin başçısına məlumat verib.

Ərazisi 25 min kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacağı vurğulanıb. Parkın qısa vaxt ərzində Bakı sakinlərinin istifadəsinə veriləcəyi bildirilib.

Həyata keçirilən tikinti-abadlıq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə