Azərbaycan Xarici İşlər Nazirliyi Tanzaniya XİN-ə nota verib. Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Notada nazirliyin rəsmi saytında Dağlıq Qarabağ ilə bağlı məsələnin tezliklə həlli tələb olunur. Notanı Tanzaniya XİN-ə Azərbaycanım Misirdəki səfirliyi göndərib. Hələlik notaya cavab gəlməyib. Xatırladaq ki, Ermənistan KİV-in məlumatına görə, Tanzaniya XİN öz rəsmi saytında səfər etmək üçün viza tələb olunan ölkələrin siyahısına qondarma "Dağlıq Qarabağ Respublikası"nın da adını daxil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB