Ermənistan ordusu atəşkəsi yenidən pozub

Ermənistan ordusu atəşkəsi yenidən pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 26-da və 27-nə keçən gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Gədəbəy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən atəşkəs rejimini pozublar. SİA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə