Ermənistan azərbaycanlı əsgərin əsir götürülməsi barədə məlumat yayıb
Bu gün təxminən saat 06:00 radələrində Ermənistan Azərbaycan sərhədinin şimal şərqində Azərbaycanın hərbi qulluqçusu Firuz Fərəcov əsir düşüb.
Ermənistan KİV-nə istinadən verilən xəbərə görə, bu barədə Ermənistanın müdafiə nazirinin mətbuat katibi Arçrun Ovanisyan məlumat verib. Onun sözlərinə görə, guya azərbaycanlı əsgər özü sərhədi keçərək təslim olub. Hazırda qarşı tərəfdə araşdırma aparıldığı deyilir.
Azərbaycan hərbi qulluqçusunun əsir düşməsi haqqında Qırmızı Xaç Beynəlxalq Komitəsinin İrəvan nümayəndə heyəti məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB