Özbəkistan səfiri: “Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır” - MÖVQE

Özbəkistan səfiri: “Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır” - MÖVQE

"Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas şərti Azərbaycanın ərazi bütövlüyünə əməl olunmasıdır"


"Azərbaycan regionda mövqeyini getdikcə daha çox gücləndirir". Bu sözləri Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Trend-də keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.


Səfir bildirib ki, son illər iki ölkə arasında münasibətlər daha dinamik xarakter alıb: "Münasibətlərimiz ümumi tarixi köklər, dil, mədəniyyət və ənənələrə əsaslanır".


Şerzod Fayziyev bəyan edib ki, Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin siyasi və sülh yolu ilə həllini istəyir: "Biz hesab edirik ki, münaqişənin həllinin əsas şərti Azərbaycanın ərazi bütövlüyünə əməl olunmaısıdır".


Özbəkistan səfiri Azərbaycanla xüsusən tranzit ölkə kimi ticarət əlaqələrinin inkişafında da maraqlı olduqlarını söyləyib. O qeyd edib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan Özbəkistanın Qara və Aralıq dənizi limanlarına, Özbəkistan isə Azərbaycanın Çin və Cənub-Şərqi Asiyaya çıxışına şərait yaradacaq.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə