Bakıda 40 dərəcə isti olacaq

İyulun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Eologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin SİA-ya verdiyi məlumata görə mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı ehtimalı var.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 ,

dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə