Əflatun Amaşov: “Azərbaycan dövləti mətbuata yardımları ardıcıl həyata keçirir” - MÜNASİBƏT
"Azərbaycan dövləti mətbuata yardımları ardıcıl həyata keçirir". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Amaşov deyib ki, 1865-ci ildə "Əkinçi" qəzetinin yaratdığı maarifçilik ideyaları sonradan bir çox mətbu orqanları ilə inkişaf etdirildi. O qeyd edib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqillik əldə etməsində də mətbuatın müstəsna rolu olub.
Bu il Həsən bəy Zərdabinin 170 illik yubileyi ilə əlaqədar ölkə ərazisində silsilə tədbirlərin keçirildiyini deyən Amaşov qeyd edib ki, bu tədbirlər ilin sonuna kimi davam etdiriləcək.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə tədbirdə məlumat verərək bildirib ki, müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim olunub. Yazılar Fondun 9 eksperti tərəfindən araşdırılaraq qiymətləndirilib.
Onun sözlərinə görə, ayrı-ayrı istiqamətlər üzrə ən yüksək balları toplamış 30 yazı müsabiqənin qalibləri elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB