IV ixtisas qrupu üzrə sənəd verənlər üçün “İmtahana buraxılış vərəqələr”inin verilməsinə başlanılıb

IV ixtisas qrupu üzrə sənəd verənlər üçün “İmtahana buraxılış vərəqələr”inin verilməsinə başlanılıb

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu və orta hərbi tibb məktəbinə sənəd verənlər üçün "İmtahana buraxılış vərəqələr"inin verilməsinə başlanılıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, IV ixtisas qrupunun imtahanları iyulun 27-də Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və Lənkəranda keçiriləcək. Bu il ali məktəblərin IV ixtisas qrupu üzrə 13828 nəfər sənəd verib.

Bütün xəbərlər Facebook səhifəmizdə