Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təxmini yeri və tarixi açıqlanıb.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü sentyabrın sonlarında BMT Baş Assambleyasının növbəti sessiyasının açılış mərasimi çərçivəsində baş tuta bilər. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə əvvəlcə Avropa paytaxtlarından birində ayrıca görüş keçirməyi təklif ediblər. Bundan sonra isə sentyabrda Nyu-Yorkda xarici işlər nazirlərinin ikitərəfli görüşü baş tuta bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB