Gürcüstanın baş naziri Bakıya gəlib

Gürcüstanın baş naziri Bakıya gəlib

Gürcüstanın Baş naziri İvane Merabişvili bu gün Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. SİA-nın verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş naziri İvane Merabişvilini Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.


Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda İvane Merabişvili və Fazil Məmmədov arasında qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə