Media nümayəndələri Zərdaba səfər edəcəklər

Media nümayəndələri Zərdaba səfər edəcəklər

İyulun 14-də ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri Zərdab rayonuna səfər edəcəklər. Dahi mütəfəkkir, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyi və milli mətbuatımızın 137-ci ildönümü münasibətilə gerçəkləşdiriləcək səfər çərçivəsində media nümayəndələri Həsən bəyin Zərdab rayonundakı abidəsini ziyarət edəcəklər. Daha sonra onlar dahi mütəfəkkirin ev muzeyinə baş çəkəcəklər.


Bundan sonra KİV təmsilçiləri Gəncə şəhərinə yollanacaqlar. Orada onlar öncə Gəncə Mətbuat Evinin təməlqoyma mərasiminə qatılacaq, daha sonra isə "Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzə" mövzusundakı konfransda iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə