ARDNŞ qış dövründə Azərbaycanın qaza ola təlabatını tam təmin edəcək

ARDNŞ qış dövründə Azərbaycanın qaza ola təlabatını tam təmin edəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qış dövründə Azərbaycanın qaza ola təlabatını tam təmin edəcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.


Onun sözlərinə görə, ARDNŞ ötən il həm ölkənin daxili tələbatını, həm də ixrac əməliyyatı çərçivəsində öhdəlikləri tam təmin edib. Yeraltı qaz anbarlarında qaz ehtiyatları qaza olan bütün tələbatı ödəmək üçün kifayət qədər olub.


\"ARDNŞ bu il yeraltı qaz anbarlarında qaz həcmlərini rekord göstəriciyə çatdırmaq niyyətindədir\", - Abdullayev deyib.


O, həmçinin vurğulayıb ki, ARDNŞ gələn il ölkədə qazlaşdırma səviyyəsini 95 faizə çatdırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə